Miss-Media | Do, Re, Mia – FOTOSESSİYA

Miss-Media | Do, Re, Mia – FOTOSESSİYA
  29 Avqust 2013    Oxunub:9741
AzVision.az saytı sizi Azərbaycan mediasının ən gözəl xanımları ilə tanış edir. Budəfəki qonağımız Muz TV-nin əməkdaşı Mia Ferrazdır.
Mia Ferraz 1991-ci ildə Bakı şəhərində anadan olub. 214 saylı orta məktəbi bitirib: “Məktəbi bitirdikdən sonra 2008-ci ildə Bakı Slavyan Universitetinə tərcümə fakültəsinə (yunan-ingilis) daxil oldum. Uşaqlıqda müxtəlif dillər öyrənməyə həvəsim var idi. Ancaq bununla yanaşı, səhnəyə də böyük marağım olub. Universitet illərində bir neçə müsabiqələrdə – “Tələbə baharı” , “Univision”da iştirak etmişəm. Hətta şəkil çəkdirmək də mənim hobbimə çevrilib. Bu işlərimdə anama xüsusi təşəkkürümü bildirirəm. Çünki o, mənə hər zaman böyük dəstək göstərib”.

Hazırda Mia Muz Tv-də aparıcı kimi fəaliyyət göstəririr. Öz işini çox sevir. Dediyinə görə, bir məşhur məsəldən, həmişə stimul alır: “Arzularınızın arxasınca qaçın, onlar bir gün mütləq yorulacaqlar”.

Fotolar: Kəmalə HÜSEYNOVA

Qalereya




Teqlər:  





Xəbər lenti